Şriftin ölçüsü :
Saytın rəngi :
Məsələyə baxılmasının bütün mərhələlərində uşağın şəxsi həyatına tam hörmət edilməsi hüququ BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 16-cı maddəsində müəyyən edilən şəxsi həyatın qorunması hüququnu əks etdirir.
“Məsələyə baxılmasının bütün mərhələlərinə” hüquq-mühafizə orqanları ilə ilk təmasın qurulması (məs., informasiya və müəyyən etməyə dair müraciət), səlahiyyətli orqanın yekun qərar verməsi və ya nəzarətdən, həbsdən və ya azadlıqdan məhrumetmədən azad etmə daxildir. Hazırkı konkret kontektsdə bu, lüzumsuz səs-küy və ya ictimai qınaq nəticəsində damğa vurulmasına yol verilməməlidir. Bu o deməkdir ki, dövlət orqanı uşaqlar tərəfindən törədildiyi hesab edilən cinayətlərlə bağlı mətbuat üçün açıqlamalardan çəkinməli və onları olduqca istisna hallarla məhdudlaşdırmalıdırlar. Onlar mətbuat üçün açıqlamalar nəticəsində uşaqların aşkar edilməməsinə zəmanət vermək üçün tədbir görməlidirlər.
Cinayət qanunvericiliyini pozmaqla təqsirləndirilən uşağın məhkəmə iclası və ya digər araşdırması bağlı qapılar arxasında keçməlidir. Bu qayda məhkəmənin xüsusi icazəsi ilə ekspertlərin və ya digər peşəkarların iştirak etməsinə yol verir. Yuvenal ədliyyədə ictimai dinləmələri yalnız dəqiq müəyyən edilmiş hallarda və məhkəmənin yazılı qərarı ilə aparmaq mümkündür. Bu məsələyə dair qərar uşağın ona qarşı apellyasiya şikayəti verə bilməsi üçün açıq olmalıdır (CRC/C/GC/10).
BMT-nin Uşaq Hüquqları Komitəsi tövsiyə edir ki, üzv Dövlətlər qanunvericiliyə zidd hərəkət etmiş uşaqların məhkəmə və digər araşdırma proseslərinin bağlı qapı arxasında keçirilməsinə dair qərar qəbul etsinlər. Bu qaydaya istisna hallarının sayı çox məhdud olmalı və bunlar qanunvericilikdə aydın müəyyən edilməlidir. İttiham/hökm açıq məhkəmə iclasında elə səsləndirilməlidir ki, uşağın şəxsiyyəti müəyyən edilməsin. Şəxsi həyat hüququ (maddə 16) ilə tələb olunur ki, məhkəmənin və ya digər səlahiyyətli orqanın müəyyən etdiyi tədbirlərin həyata keçirilməsində iştirak edən bütün peşəkarlar uşağın şəxsiyyətinin müəyyən edilməsi ilə nəticələnə biləcək bütün məlumatları əlaqə saxladıqları digər şəxslərdən məxfi saxlamalıdırlar.
Bundan başqa, şəxsi həyat hüququ o deməkdir ki, cinayətkar uşaqlar barədə qeydlər ciddi şəkildə məxfi saxlanmalı və işin araşdırılmasında və məhkəmə qərarının verilməsində və qəbul edilməsində birbaşa iştirak edən şəxslər istisna olmaqla üçüncü tərəflərə açıq olmamalıdır. Stiqmatizasiya və/və ya qərarın əvvəlcədən verilməsinə yol verməmək üçün cinayətkar uşaqlar haqqında qeydlər eyni cinayətkarın cəlb olunduğu sonrakı məhkəmə işlərində böyüklərlə bağlı proseslərdə (Pekin Qaydaları: Qayda 21.1 və 21.2-ə baxın) və ya gələcəkdə məhkəmə cəzasının müddətinin uzadılması üçün istifadə edilməməlidir.
BMT-nin Uşaq Hüquqları Komitəsi tövsiyə edir ki, üzv Dövlətlər 18 yaşadək cinayət törədən uşaqların adını məhkumluq siyahısından avtomatik şəkildə çıxarılmasına icazə və ya konkret ağır cinayətlər üçün müəyyən şərtlər altında zəruri olarsa (məs., son məhkumluqdan sonra iki il ərzində xəta etməyibsə) uşağın müraciəti ilə onun adının çıxarılmasına imkan verən qaydalar qəbul etsinlər.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı