Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq əməkdaşı beynəlxalq elmi-praktiki konfransda iştirak edib

21.11.2024

  Noyabrın 15-də Moskva şəhərində Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universiteti tərəfindən “Hüquq-mühafizə fəaliyyəti və vətəndaş cəmiyyəti” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. 

  Tədbirdə hüquq-mühafizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qanunsuz miqrasiya ilə mübarizədə qabaqcıl yanaşmalar, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və digər əhəmiyyətli mövzular müzakirə olunub. 

  Hakimlər, hüquq-mühafizə  orqanları  nümayəndələri, notariuslar, dövlət rəsmiləri və alimlərin iştirakı ilə keçirilən konfransda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Elm-Tədris Mərkəzinin prokuroru Məhərrəm Əzizbəyov təmsil edib. 

  Baş Prokurorluğun nümayəndəsi “Azərbaycan prokurorluğunun qanunsuz miqrasiya ilə mübarizə sahəsində fəaliyyəti” mövzusunda çıxış edib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.