Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqibilikləriniartır #insanhüquqları #uşaqhüquqları - Uşaq hüquqları beynəlxalq konteksdə

20.11.2024

BMT-nin Baş Assambleyasının qətnaməsi ilə noyabrın 20-si “Ümumdünya Uşaqlar Günü” kimi tanınır. “Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT-nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların hüquqlarının qorunması naminə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunur. 

Azərbaycanda uşaqların müdafiəsi, inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 1993-cü ildə BMT Baş Məclisinin 1985-ci il noyabrın 29-da qəbul etdiyi “Birləşmiş Millətlər Təşkilatının Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”, 2002-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının “Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolu”nu və “Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakültativ Protokolu”nu, 2008-ci ildə “Əlillərin hüquqları haqqında” Konvensiyanı ratifikasiya edib, 1993-cü ildə Beynəlxalq Əmək Təşkilatının “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında” 138 saylı Konvensiyasına və 2004-cü ildə “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyasına, 2000-ci ildə “Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında” Avropa Konvensiyasına, 2004-cü ildə “Ölkələrarası övladlığagötürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya, 2019-cu ildə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyasına və digər beynəlxalq sənədlərə qoşulub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.