Şriftin ölçüsü :
Saytın rəngi :
18.11.2024-cü il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının 22.10.2024-cü il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə “Ekosid” adlanan yeni 104-1-ci maddə əlavə edilmişdir.
Həmin maddəyə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda – on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edilməlidir ki, “Ekoloji təhlükəsizlik haqqında” Qanununa əsasən, ekoloji fəlakət- insanların həyatı və fəaliyyəti şəraitində və ətraf mühitdə dönməz dəyişiklərlə səciyyələnən fövqəladə ekoloji vəziyyətdir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı