Şriftin ölçüsü :

Saytın rəngi :

Göyçay şəhər məscidində yol verilmiş əxlaqsız hərəkətlərlə bağlı cinayət işi başlanmışdır

14.08.2010

Göyçay şəhər məscidində yol verilmiş əxlaqsız hərəkətlərlə bağlı Baş Prokurorluğun rəhbərliyi tərəfindən həmin xüsusatların təcili araşdırılması və nəticəsindən asılı olaraq qanunamüvafiq qərarın qəbul edilməsi ilə əlaqədar rayon prokurorluğuna konkret göstərişlər verilməsi barədə avqustun 13-də ictimaiyyətə məlumat verilmişdir.

Bununla əlaqədar bildirilir ki, rayon prokurorluğu tərəfindən aparılmış araşdırmalarla 29 iyul 2010-cu il tarixdə Göyçay şəhərinin Yuxarı məscidinin məscid-mədrəsə kompleksinin binasında həmin məscidin dini icmasının sədri Babayev Əsgər Nadir oğlunun Göyçay şəhər sakini Cəfərova Laləyə (ad və soyad şərti verilir) qarşı zor tətbiq edib sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri törətməsi müəyyən edilmiş və həmin faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə rayon polis şöbəsinin istintaq bölməsində istintaq davam etdirilir. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.