Şriftin ölçüsü :
Saytın rəngi :
11 avqust 2010-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 546-cı məhəllə, ev 28, mənzil 194-də üzərlərində kəsici-deşici alətlə yetirilməyə xarakterik çoxsaylı xəsarətləri olan iki naməlum kişi meyitinin aşkar edilməsi barədə Yasamal rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitlərə baxış keçirilmiş, onların xarici müayinələri aparılmış, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir. Aparılmış ilkin araşdırmalarla öldürülənlərin Qasımov Zamiq Qasım oğlu və Kuzmin Yadigar Eldar oğlu olmaları müəyyənləşdirilmişdir.
Bakı şəhər prokurorluğu və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddət ərzində cinayəti törətməkdə şübhəli bilinən Keşlə qəsəbə sakinləri - 1989-cu il təvəllüdlü Ağayev Qəhrəman Elxan oğlu, 1990-cı il təvəllüdlü Həsənquliyev Məqsəd Musa oğlu və 1991-ci il təvəllüdlü Muradov Zaur Rafiq oğlu avqustun 14-də tutularaq istintaqa təqdim olunmuşlar. Dindirmə zamanı hər üç şəxs törətdikləri cinayət əməlini etiraf edərək Z.Qasımov və Y.Kuzmini tamah məqsədi ilə qəsdən öldürdüklərini və sonunculara məxsus dörd ədəd mobil telefon aparatı, bir ədəd noutbuk kompüterini və cinayətin aləti kimi istifadə etdikləri iki ədəd bıçağı istintaqa təqdim etmişlər.
Hazırda Bakı şəhər prokurorluğunda iş üzrə istintaq davam etdirilir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı