Şriftin ölçüsü :

Saytın rəngi :

BƏƏ rəsmisi: Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir

15.11.2024

  Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir.
  Bunu Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini, daxili işlər naziri Şeyx Saif bin Zayed əl-Nəhyan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.
  Onun sözlərinə görə, iqlim dəyişmələrinin yaratdığı fəsadlarla bağlı statistika 2023-cü ildə rekord həddə çatıb, orta temperatur 1.5 dərəcəyə yaxınlaşıb:
  "Biz iqlim dəyişikliyi ilə bağlı özümüzə qarşı dürüst olmalıyıq. Bu ekoloji terrorizmi törədənləri tapmalıyıq. Bəzi ölkələr ekoloji sahədə bir-birlərinə qarşı maneələr yaradırlar".
  Nazir müavini bildirib ki, dünyada meşə yanğınları ilə havaya 8 milyard dioksid qazı buraxılır, bu isə havaya atılan emissiyaların 20 %-dir:
"İqlim layihələri üçün birgə çalışmaq "onurğa sütunu"dur. Hüquq-mühafizənin gücləndirilməsi ilə daha da səmərəli mübarizə aparmağı vacib edir".

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.