Şriftin ölçüsü :

Saytın rəngi :

“Qanunsuz miqrasiyanın təşkili ilə bağlı məlumatlar üzrə istintaq-araşdırma təcrübəsi” mövzusunda kurs təşkil edilib

13.11.2024

  Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən 2024-cü ilin oktyabr ayının 31-dən noyabr ayının 7-dək prokurorluq işçilər üçün “Qanunsuz miqrasiyanın təşkili ilə bağlı məlumatlar üzrə istintaq-araşdırma təcrübəsi” mövzusunda kurs təşkil edilib.

  Tədbir Mərkəzin “Distant tədris” platforması vasitəsi ilə distant formada sərbəst rejimdə həyata keçirilib. 

  Kursda Elm-Tədris Mərkəzinin əməkdaşları təlimçi qismində iştirak edib, elektron mühazirə formatında keçirilmiş məşğələlərdə qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində tədbirlər, miqrasiyanın təşkilinin qanunverici əsasları, bu sahədə beynəlxalq münasibətlər, qanunsuz miqrasiyanın təşkili cinayətinin tərkib elementləri, istintaq təcrübəsi və digər aktual məsələlər, həmçinin ətraf mühitin mühafizəsinin hüquqi əsasları tədris obyekti olub.

  Dinləyici kimi iştirak edən 83 nəfər platformada qurulan şəxsi kabinetdən tədris materiallarını öyrənib mövzu üzrə sualları cavablandırmaqla bütün mərhələləri müvəffəqiyyətlə bitirib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.