Şriftin ölçüsü :
Saytın rəngi :
6-8 noyabr tarixlərində Malta Respublikasının San-Djilyan şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 18-ci Avropa Regional konfransı keçirilmişdir.
Tədbirdə ölkəmizi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev və həmin idarənin prokuroru Elşən Orucov təmsil etmişlər.
Tədbirin ilk günü Assosiasiyanın 29-cu illik Konfransını və Ümumi yığıncağını yüksək səviyyədə təşkil etmiş Azərbaycan Respublikası Prokurorluğuna və Baş Prokuror cənab Kamran Əliyevə xüsusi təşəkkür edilmişdir.
Tədbirdə Elşən Orucov süni intellektin artan istifadəsi fonunda cinayətkarlıqla mübarizə, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti, Baş İdarənin fəaliyyəti, ölkəmizin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığı, eləcə də, Baş İdarə tərəfindən istintaq olunmuş, mürəkkəb xarakterli bir cinayət işi barədə ətraflı məlumat vermiş, təqdimatla bağlı iştirakçılar tərəfindən verilmiş sualları cavablandırmışdır.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı