Şriftin ölçüsü :
Saytın rəngi :
Gələcək hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq, onların prokurorluq orqanlarında işləmələrinin təşviqi məqsədilə Baş Prokurorluğun Kadrlar idarəsinin və Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə Baş Prokurorluqda 15 və 24 oktyabr, habelə 1 noyabr tarixlərində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyinin “Şahid Dindirmə Müsabiqəsi” keçirilib.
Aparıcı ali təhsil müəssisələrinin hüquq sahəsində ixtisas alan 60 tələbəsinin iştirakı ilə keçirilən bu tədbirdə Baş Prokurorluğun müxtəlif idarələrinin təcrübəli əməkdaşları dindirmə istintaq hərəkətinin taktikasına və rəsmiləşdirilməsinə dair çıxışlar ediblər, eləcə də səhnələşdirilmiş tədbirin yarımfinal və final mərhələlərində isə hakim qismində iştirak ediblər.
Müsabiqənin sonunda qalib olan komandanın üzvləri mükafatlandırılıb, iştirakçılara müvafiq sertifikatlar, təlimçilərə isə təşəkkürnamələr təqdim olunub.





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı