Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 30 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Vyanadakı Ofisində 2010-cu ildə imzalanmış Saziş əsasında beynəlxalq təşkilat qismində təsis edilməklə Azərbaycan Respublikasının 2012-ci ildən etibarən Tərəf Dövlət qismində qoşulduğu Beynəlxalq Anti-Korrupsiya Akademiyasının (IACA) Tərəflər Assambleyasının 13-cü Sessiyası keçirilib.
Sessiyada ölkəmizi Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov, habelə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin və BMT-nin Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin müşaviri Fərid Vəliyev təmsil edib.
Nümayəndələrimiz çıxış edərək Azərbaycanın IACA ilə sıx əməkdaşlığı və bu beynəlxalq təsisatın fəaliyyətinə verdiyi ayrı-ayrı istiqamətlər üzrə töhfələri konkret göstəricilərlə iştirakçıların diqqətinə çatdırıb, eləcə də cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29), habelə həmin tədbir çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) ilə birgə təşkil edəcəyi “İqlim Fəaliyyətinin Gücləndirilməsi üçün Hüquq Mühafizə Orqanlarının Səfərbər Edilməsi” adlı Yüksək Səviyyəli Forum”un məqsədləri barədə geniş məlumat veriblər.
Sessiya çərçivəsində, həmçinin “Korrupsiyanın qarşısının alınmasında mövcud tendensiya və çətinliklər” mövzusunda təşkil edilmiş dəyirmi masada IACA ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Korrupsiyanın Ölçülməsi üzrə Qlobal Təşəbbüsü layihəsinin gələk tətbiqi imkanları, elmi və praktiki aspektləri müzakirə edilib.
Tədbirdə keçirilmiş səsvermə ilə beynəlxalq təşkilatın İdarə Heyətinə 3 yeni üzv seçilib, 2021-2024-cü illər üzrə fəaliyyətinə dair hesabat, 2025-2028-ci illər üzrə İş Planı, 2025-ci il üzrə büdcə layihələrinə dair qətnamələr müzakirə edilərək qəbul olunub, ötən fəaliyyət dövründə Akademiyanın fəaliyyətinə vermiş olduqları töhfələrə görə Azərbaycan Respublikasına və aktiv mövqe sərgiləmiş digər Tərəf Dövlətlərə xüsusi minnətdarlıq ifadə edilib.
Təşkilatın Ümumi Məsələlər üzrə qəbul edilən yekun Qətnaməsində Azərbaycanın COP29-a sədrliyi çərçivəsində görülən işlərə dəstək ifadə edən müddəa öz əksini tapıb.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı