Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində oktyabrın 29-30-u tarixlərində “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin, cinayət alətlərinin və ya onların dəyərinə ekvivalent əmlakın, terrorçuluğun maliyyələşdirilməsində istifadə olunan vəsaitlərin həbs və müsadirəsi” mövzusunda təlim keçirilib.
Təlim iştirakçıları prokurorluq və vergi orqanlarının 49 əməkdaşından ibarət olmaqla, tədris prosesinə təlimçi qismində Baş Prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçiləri ilə yanaşı, Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları cəlb olunub.
Təlim çərçivəsində CM-in 193-1 maddəsi ilə nəzərdə tutulmuş əməlin ictimai təhlükəliliyi, tərkib elementləri və tövsifi aspektləri; cinayət yolu ilə əldə edilmiş əmlakın və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə olunan vəsaitlərin müəyyən edilməsi və izlənilməsi üsulları; bu cür əmlakın və vəsaitlərin üzərinə həbs qoyulması, qiymətləndirilməsi və müsadirə edilməsi qaydaları; qeyd olunan cinayət üzrə məhkəmə təcrübəsinin xüsusiyyətləri, eləcə də digər aktual mövzular üzrə tədris keçirilib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı