Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq

30.10.2024

Noyabrın 5-də saat 11:00-dan saat 12:00-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində (link: https://www.instagram.com/prokurorluq/) canlı yayım keçiriləcək.

Canlı yayım zamanı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov, Elm-Tədris mərkəzinin rəisi Talıb Cəfərov, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.