Şriftin ölçüsü :

Saytın rəngi :

İki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

30.10.2024

  Oktyabrın 29-da saat 22 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

  Araşdırma zamanı 1954-cü il təvəllüdlü Azər Rəfiyevin birgə yaşadıqları mənzildə arvadı 1961-ci il təvəllüdlü İradə Rəfiyevaya kəsici-deşici alətlə  xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

  Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.