Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

22.10.2024

  Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, oktyabr ayının 3-də 1976-cı il təvəllüdlü Ayaz Qasımovun Bərdə şəhəri ərazisində 1978-ci il təvəllüdlü Gülnar Qasımovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsi faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq edilən cinayət işi üzrə Ayaz Qasımova həmin maddə ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.