Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtın Nizami rayonunda qətl hadisəsi baş vermişdir

10.08.2010

Avqustun 10-da saat 04:30 radələrində 1985-ci ildə Neftçala rayonunda anadan olmuş Ağalarov Həzrətəli Mirdamət oğlunun bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olmaqla orada ölməsi barədə rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto çəkilişlər aparılmaqla baxış keçirilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 03:30 radələrində Nizami rayonunda yerləşən 272 saylı orta məktəbin həyətində Həzrətəli Ağalarovla “Dima” adlı tanışı arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş və bu zaman sonuncu üstündə olan bıçaqla onun qarın və bud nahiyyələrinə bıçaqla iki zərbə vuraraq xəsarət yetirmiş, sonuncu aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən “Dima” ləqəbli 1990-cı il təvəllüdlü Quliyev Kənan Əli oğlu tutulmuş və o, dindirilərkən törətdiyi cinayət əməlini etiraf etmişdir.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.