Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh etmişdir

18.10.2024

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15.10.2024-cü il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi mülki məhkəmə icraatının xüsusiyyətlərindən irəli gələrək məhz mülki icraat zamanı icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması halını müəyyən edir.

  Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I və III hissələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq, cinayət mühakimə icraatı zamanı apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökm və ya digər qərarının mülki iddiaya aid hissəsindən kassasiya şikayətinin verildiyi halda onun icrasının dayandırılması məsələsinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.

  Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.