Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda mülki müdafiə üzrə tədbir keçirilib

16.10.2024

  Oktyabrın 16-da Baş Prokurorluqda Fövqəladə Hallar Nazirliyi ilə birgə “Rəhbər heyətin mülki müdafiə məşqi”nə dair tədbir keçirilib.

  Tədbirdə çıxış edən Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Rövşən Əhmədov mülki müdafiə sahəsində bilik və vərdişlərə yiyələnmənin əhəmiyyətini vurğulayaraq, prokurorluq orqanlarında bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib.

  Məşğələdə FHN-in Mülki müdafiə işinin təşkili baş idarəsinin əməkdaşları Kərim Rəhimov və İlham Söhbətov çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin Mülki müdafiə planının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi, rəhbər heyətin bacarıqlarının artırılması olduğunu qeyd edib.

  Tədbir zamanı səmərəli fikir mübadiləsi aparılıb, birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.