Şriftin ölçüsü :
Saytın rəngi :
Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü ilə əlaqədar oktyabrın 9-da tələbə və kursantlar arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində interaktiv yarış keçirilib.
İnteraktiv yarışa 10 ali təhsil ocağından 200-dən artıq tələbə və kursant, eləcə də professor-müəllim heyəti qoşulub.
Mövzusuna uyğun normativ hüquqi aktlar əsasında keçirilən üç mərhələli, 10 komandanın iştirak etdiyi yarışda Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası 1-ci yeri, ADA Universitetinin komandası 2-ci yeri, Bakı Dövlət Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının komandaları isə 3-cü yeri tutub.
Yarışın kapitanlar konkursunun qalibləri Polis Akademiyası və Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantları olub.
Müasir texnologiyalardan geniş istifadə etməklə, maraqlı və rəqabət şəraitində keçirilmiş bu tədbir çərçivəsində iştirakçılar və azarkeşlər istedadlı gənclərin milli vətənpərvərlik mövzusunda bədii ifalarını dinləyib, onlar üçün Baş Prokurorluq tərəfindən hazırlanmış “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” adlı vəsaitin və COP29-a həsr olunmuş bukletin təqdimatı keçirilib, sonda isə iştirakçılar sertifikatlarla təltif edilib.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı