Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda mina hadisəsi baş verib

14.10.2024

  Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində 2024-cü il 14 oktyabr tarixində mina hadisəsi baş verib.

  Kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

  Hadisə nəticəsində İlkin Sarıyev sağ ayağından xəsarət alıb. 

  Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir.

  Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

  Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

  Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.