Şriftin ölçüsü :
Saytın rəngi :
07 avqust 2010-cu il tarixdə saat 09:30 radələrində Göyçay rayonunun Qarabaqqal kəndi yaxınlığında yerləşən fermanın həyətində orada gözətçi işləyən Oğuz rayonunun Qarabulaq kənd sakini, 1961-ci il təvəllüdlü İsmayılov Rza Valeh oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunmuşdur.
Rayon polis şöbəsindən daxil olmuş həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə foto çəkilişlər aparılmaqla baxış keçirilmiş, meyitin xarici müayinəsi aparılmış, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüş, həmçinin digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir. Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1988-ci il təvəllüdlü Bağırov Qalib Asim oğlu həmin gün saat 19:00 radələrində Göyçay rayonu ərazisində tutulmuşdur.
Aparılmış istintaqla müəyyən edilmişdir ki, ailə məişət zəminində aralarında yaranmış münaqişə ilə əlaqədar Qalib Bağırov qayınatası Rza İsmayılovu öldürmək niyyəti ilə avqustun 7-də saat 01:00 radələrində onun işlədiyi fermaya gedərək yaşadığı gözətçi otağına daxil olmaqla çarpayıda yatmış vəziyyətdə əlləri ilə sonuncunun boyun nahiyyəsinin sümüklərini sındırmış, sonra isə həmin otaqdan götürdüyü mətbəx bıçağı ilə boyun nahiyyəsindən bir zərbə vuraraq qəsdən öldürmüşdür.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin olunmuşdur.
Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı