Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq və polis işçiləri üçün birgə seminar məşğələlər keçirilib

07.10.2024

  İnsanların həyatı və sağlamlığı üçün ən ciddi təhdidlərdən olan narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı prokurorluq və daxili işlər orqanları tərəfindən qarşılıqlı əlaqədə həyata keçirilən kompleks tədbirlər nəticəsində müvafiq sahədə əməliyyat şəraitinin nəzarətdə saxlanılması, əvvəlki illərlə müqayisədə qeyri-leqal dövriyyədən dəfələrlə çox narkotik vasitə və psixotrop maddənin çıxarılması təmin olunub.

  Prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarının qeyd edilən sahədə nəzəri biliklərinin və peşə bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə cari ilin sentyabr ayının 12-dən 27-dək Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə həmin qurumların 114 əməkdaşı üçün “Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin tətbiqinin xüsusiyyətləri” mövzusunda seminar məşğələlər keçirilib.

  Seminarlar çərçivəsində həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” münasibəti ilə ətraf mühitin mühafizəsinin hüquqi əsasları dinləyicilərin diqqətinə çatdırılıb. 

  Bundan başqa, məşğələlər zamanı dinləyicilərə təcrübədə rast edilən problemlərin hüquqi cəhətdən həlli qaydası izah edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.