Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01.10.2024-cü il tarixli qərarına əsasən, Cinayət Məcəlləsinin “qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma” adlı 234-cü maddəsinin “Qeyd” hissəsində göstərilmiş hərəkətlərin cinayət məsuliyyətindən azad etmənin şərtləri kimi nəzərdə tutulmasında məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının yerinin aşkar edilməsinin, tapılaraq qanunsuz dövriyyədən çıxarılmasının, onlardan istifadə olunmaqla törədilən cinayətlərin açılmasının və ya qarşısının alınmasının, cinayətkarların müəyyən edilməsinin asanlaşdırılması və təmin edilməsi üçün belə cinayətləri törədən şəxsləri istintaq orqanları ilə əməkdaşlığa stimullaşdırmaqdır.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 35.1-ci maddəsi, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin hüquqi təyinatı və digər maddələrlə qarşılıqlı hüquqi əlaqəsi baxımından həmin normada müəyyənləşdirilən hallar yalnız 234-cü maddə üzrə cinayət əməllərinə münasibətdə cinayət məsuliyyətindən azad etmənin əsasını təşkil edir.
Şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 234-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini də yaratdığı halda o, sonuncu cinayət əməlinə münasibətdə həmin maddənin “Qeyd” hissəsinin birinci bəndi ilə müəyyənləşdirilmiş əsaslarla cinayət məsuliyyətindən azad edilir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı