Şriftin ölçüsü :

Saytın rəngi :

Ağır xəsarət almış şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

03.10.2024

  Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı Oktyabrın 2-də saat Tərtər rayonu ərazisində 1974-cü il təvəllüdlü Yaşar Abdullayevin almış olduğu xəsarət səbəbindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.   Araşdırma zamanı 1994-cü il təvəllüdlü İnqilab Qayıbovun sentyabrın 27-də aralarında yaranmış mubahisə zamanı Yaşar Abdullayevə üz nahiyəsindən yumruqla xəsarət yetirməsi, sonuncunun zərbənin təsirindən yerə yıxılması nəticəsində  baş nahiyəsindən almış olduğu xəsarətdən müalicə aldığı  xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.   Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 

  İnqilab Qayıbov iş üzrə şübhəli şəxs qismində tutulub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.