Şriftin ölçüsü :
Saytın rəngi :
Xəbər verildiyi kimi, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr tarixlərində paytaxtımızda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Nepal Federativ Demokratik Respublikasının Baş prokuroru Ramesh Badalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş prokuror Kamran Əliyev gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək Azərbaycan və Nepal arasında ikitərəfli müstəvidə son illərdə irəliləyişlərin baş verdiyini bildirib, bir çox sahələr üzrə artıq münasibətlərin dərinləşdiyini qeyd edib.
Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Nepal ilə əməkdaşlığın inkişaf etdiyini vurğulayan Kamran Əliyev, hər iki ölkənin sülhpərvərlik və bitərəflik ideyalarına sadiq olduğunu bildirib.
Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib.
Ölkəmizin yekdilliklə bəşəriyyəti narahat edən ən vacib məsələlərdən biri olan qlobal iqlim siyasətində yeni dönüş nöqtəsini hədəfləyən COP29-a ev sahibliyi edəcəyini vurğulayan Kamran Əliyev, bu tədbirin iqlim dəyişikliyi ilə mübarizə sahəsində mövcud beynəlxalq təcrübənin inkişafına təkan verəcəyini bildirib.
Ramesh Badal səmimi qəbula görə minnətdarlığını bildirərək 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, iki ölkənin prokurorluq orqanları arasında münasibətlərin hərtərəfli inkşafı üçün əlverişli səmimi mühitin olduğunu qeyd edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı