Şriftin ölçüsü :

Saytın rəngi :

Kamran Əliyev: BPA-ya üzv dövlətlər arasında səmərəli əməkdaşlığın genişləndirilməsi əhəmiyyətlidir

29.09.2024

  Böyük coğrafiyanı əhatə edən Beynəlxalq Prokurorlar Assosiasiyasına (BPA) üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsi əhəmiyyətlidir.

  Bunu Baş prokuror Kamran Əliyev Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransının açılışında deyib.

  Baş prokuror bildirib ki, dostluq təməlləri əsasında keçiriləcək Assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağı regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcək, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacaq:

  "Ölkə prokurorluğunun müstəqil dövlətçiliyimizin bərpasından sonrakı fəaliyyətinin ən mühüm xüsusiyyəti onun müstəqil dövlət təsisatı kimi formalaşması, öz funksiyalarını tamamilə yeni - siyasi plüralizm və bazar iqtisadiyyatı, insan və vətəndaş azadlığı prinsipləri əsasında qurulan hüquqi dövlətin, demokratik cəmiyyətin tələbləri ilə uzlaşdırması olub".

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.