Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ rayonunda oğul atasını qətlə yetirmişdir

31.07.2010

İyulun 30-da saat 23.00 radələrində rayonun Ziring kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Təkmurad Nazim oğlu ailə münaqişəsi zəminində yaşadıqları evdə 1963-cü il təvəllüdlü atası Məhəmmədov Nazim Nadir oğlunun qarın nahiyyəsinə bıçaqla bir zərbə vuraraq xəsarət yetirmiş, sonuncu aldığı xəsarətlə əlaqədar kəskin qanaxma nəticəsində hadisə yerində ölmüşdür.

Rayon Polis şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto çəkilişlər aparılmaqla baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüşdür.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin olunmuşdur.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən T.Məmmədov saxlanılmış və o, şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etmişdir.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.