Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #hüquqiyardım - Cinayət işlərinə dair hüquqi yardımın əsasları (2)

10.09.2024

Hüquqi yardımın göstərilməsindən bu hallarda imtina edilir:

1. hüquqi yardımın göstərilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və başqa mühüm maraqlarına ziyan vuracağını güman etməyə kifayət qədər əsaslar olduqda;

2. hüquqi yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikası tərəfindən siyasi xarakterli cinayət sayılan əməllərlə bağlı verildikdə;

3. hüquqi yardımın göstərilməsinə dair sorğu hərbi xidmət əleyhinə cinayət barəsində verildikdə;

4. hüquqi yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət hesab edilməyən əməllə bağlı verildikdə;

5. hüquqi yardımın göstərilməsinə dair sorğunun şəxsin irqinə, milliyyətinə, dilinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya cinsinə görə təqib edilməsi məqsədi ilə verilməsini güman etməyə kifayət qədər əsaslar olduqda;

6. hüquqi yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikasında istintaq edilən və ya məhkəmə baxışında olan cinayət barəsində verildikdə və həmin sorğunun icrasının təxirə salınması mümkün olmadıqda;

7. hüquqi yardımın göstərilməsinə dair sorğunun forması və məzmunu Cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə cavab vermədikdə.

Hüquqi yardım cinayət işi üzrə Azərbaycan Respublikasında aparılan istintaqa və ya məhkəmə baxışına maneçilik törədərsə, həmin yardımın göstərilməsi təxirə salına bilər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.