Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #hüquqiyardım - Cinayət işlərinə dair hüquqi yardımın əsasları (1)

09.09.2024

  Cinayət işlərinə dair hüquqi yardım göstərilməsi Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi, bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

  Hüquqi yardım sorğu verildiyi zaman sorğu edən xarici dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən istintaq edilən və ya məhkəmə baxışında olan cinayətlə bağlı müvafiq hərəkətlərin həyata keçirilməsindən ibarətdir.

  Hüquqi yardım göstərilməsinə dair Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə Cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilir.

  Hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilən aşağıdakı hərəkətlərdən ibarətdir:

1. şahid ifadələrinin və izahatların alınması;

2. məhkəmə sənədlərinin təqdim edilməsi;

3. axtarışın və ya götürmənin həyata keçirilməsi;

4. obyektlərin, yaşayış və ya digər sahələrin baxışının keçirilməsi;

5. materialların, məlumatların və ya maddi sübutların verilməsi;

6. ekspert rəylərinin təqdim edilməsi;

7. sənədlərin, bank və maliyyə sənədləri də daxil olmaqla, orijinallarının və ya müvafiq qaydada təsdiq edilmiş surətlərinin təqdim edilməsi;

8. şəxsiyyətin və ya yaşayış yerinin müəyyən edilməsi;

9. əmlak barəsində axtarışın həyata keçirilməsi və ya əmlak üzərinə həbs qoyulması;

10. cinayət yolu ilə əldə edilmiş gəlirlərin, əmlakın, cinayət törədilməsi üçün istifadə olunan vasitələrin müəyyən edilməsi;

11. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hərəkətlərin həyata keçirilməsi.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.