Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #cinayəthüququ - Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları

04.09.2024

Məhkəmə aşağıdakı şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir:

- Şəxsin psixi pozuntusu ilə əlaqədar özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaratdığı halda psixi pozuntusu olan şəxslərə;

- cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə.

Şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən təyin edilir:

- Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə;

- cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə;

- cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə.

Yuxarıda qeyd olunan bənddə nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır.

Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.