Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Şəxsin qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

27.08.2024

  Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, avqustun 21-də  1989-cu il təvəllüdlü Pərviz Mustafayevin Binəqədi rayonu ərazisində dəmir relsinin üzərindən piyada keçərkən teplovozun(qatar) ehtiyatsızlıqdan onu vurması nəticəsində almış olduğu xəsarətlərdən avqustun 26-da xəstəxanada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

  İbtidai istintaq davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.