Şriftin ölçüsü :
Saytın rəngi :
Yaşıllığın salınmasının smeta dəyəri hesablanarkən əkin zamanı işlərin qiyməti, əkin materialının (ağacın) qiyməti (ağac cinslərinin qrupuna görə dəyəri), ilk 1(bir) il müddətində sahənin istismara verilməsinə qədər ağaca göstərilən qulluq üzrə məsrəflər nəzərə alınır.
Şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində yerləşən ağaclar və kollar öz ekoloji xüsusiyyətinə və bərpa dövrünə görə aşağıdakı qruplara bölünür:
1. iynəyarpaqlı (şam, sərv, tuya, ardıc, sidr və digər ağaclar) bitkilər - (çoxqiymətli) - 10 il;
2. enliyarpaqlı (palıd, fıstıq, qoz, şabalıd, cökə, ağcaqayın, çinar, meyvə və digər ağaclar) növlərin 1-ci qrupu - (çoxqiymətli) - 7 il;
3. enliyarpaqlı (qara ağac, göyrüc, azat, dəmirağac, yemişan, zeytun və digər ağaclar) növlərin 2-ci qrupu - (qiymətli) - 5 il;
4. enliyarpaqlı (qovaq, söyüd, iydə, yalançı akasiya, maklyura, yabanı nar və digər yabanı ağaclar) növlərin 3-cü qrupu - (azqiymətli) - 3 il.
Nəzərə almaq lazımdır ki, yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində yaşıllıqların zədələnməsi, məhv edilməsi, kəsilməsi (götürülməsi) zamanı təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən bərpa dəyəri deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na uyğun olaraq yaşıllıqlara vurulmuş ziyan ödənilir.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı