Şriftin ölçüsü :
Saytın rəngi :
Yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin hesablanması bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.
Yaşıllıqların bərpa dəyəri ağaclar üzrə 1 ağac, kollar üzrə 1 kol, canlı çəpərlər üzrə 1 metr kol bitkisi, gül-çiçəklər üzrə 1 kvadratmetr gül-çiçək və ot bitkiləri üzrə 1 kvadratmetr ot örtüyü ilə hesablanır.
Yaşıllıqların bərpa dəyəri öz dekorativ və ekoloji potensiallarının bərpaolunma müddətindən asılıdır və bitkilərin əkilməsi, onlara qulluq edilməsi layihə-smeta xərcləri üzrə baza qiymətləri əsasında müəyyən olunur.
Yaşıllıqların həqiqi bərpaolunma dəyəri aşağıdakı qaydada hesablanır:
HBD = [SD + (SM x BD)] x S
Burada:
HBD - həqiqi bərpa dəyəri, manatla;
SD - yaşıllığın salınmasının smeta dəyəri;
SM - 1(bir) il müddətində yetişdirmə prosesində yaşıllığa qulluq üzrə smeta məsrəfləri;
BD - bərpaetmə dövrünün illərinin sayı;
S - bərpa edilməli olan yaşıllıqların sayı (müvafiq olaraq ağaclar və kollar üzrə ədədlə, canlı çəpərlər üzrə metrlə, gül-çiçəklər və ot örtüyü üzrə kvadratmetrlə).



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı