Şriftin ölçüsü :
Saytın rəngi :
Yaşıllıqların bərpa dəyəri yaşıllıqların salınmasına, becərilməsinə və mühafizəsinə çəkilən xərclər də daxil olmaqla, yaşıllıqların zədələnməsi, məhv edilməsi və götürülməsi (kəsilməsi) zamanı onların dəyərinin müəyyən edilməsi üçün aparılan qiymətləndirmədir.
Yaşıllığın götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsinə görə bərpa dəyəri ödənilir.
Dövlət və bələdiyyə mülkiyyətində olan yaşıllıqların bərpa dəyərini təşkil edən vəsait müvafiq olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna və bələdiyyə büdcəsinə ödənilir.
Yaşıllığın götürülməsi ilə əlaqədar torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin götürülən yaşıllığa çəkdiyi xərc yaşıllıqların bərpa dəyəri hesablanarkən nəzərə alınır və həmin vəsait onlara ödənilir.
Yaşıllıqların bərpa dəyərinin hesablanması üçün mülkiyyət və təşkilati-hüquqi formasından, yerləşdiyi ərazidən və funksional təyinatından asılı olmayaraq yaşıllıqların aşağıdakı təsnifatı tətbiq olunur:
1. ağaclar;
2. kollar;
3. canlı çəpərlər;
4. gül-çiçəklər;
5. ot bitkiləri.
Ağac və kolluqlar ədədlə sayılır. Əgər ağacın bir neçə gövdəsi varsa, bərpa dəyərinin hesablanması zamanı hər gövdəsi ayrıca nəzərə alınır.
Əgər ikinci dərəcəli gövdə əsas gövdədən 0,5 metr məsafədə yerləşirsə, bu gövdə ayrı ağac kimi hesablanır.
Canlı çəpərlərin hesablanması kol bitkisinin uzunluğuna görə müəyyən edilir. Canlı çəpərdə kolların sayının hesablanması zamanı çəpər birsıralı olan halda bir metrdə kəsilən kolların sayı 3 ədədə bərabər, ikisıralı çəpərdə isə 5 ədədə uyğun götürülür.
Təbii bitən kolların və ağacların olduğu cəngəlliklər (vahid bağlı örtük yaradan ağaclar və (və ya) özü bitən və əkilən kolluqlar) hesablanarkən hər 5 kvadratmetr 1 ağaca bərabər götürülür.
Ot bitkilərinin, gül-çiçəklərin hesablanması otlu və ya gül-çiçəkli bitkilərin tutduğu ərazinin kvadratmetrinə görə müəyyən edilir.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı