Şriftin ölçüsü :
Saytın rəngi :
Yaşıllıqların bərpası məqsədi ilə yeni bitkilərin əkilməsi və (və ya) yaşıllığın salınması yaşıllıq üçün ayrılmış ərazinin əkinə hazırlanmasına, əkin materialının əldə olunmasına və bitkilərin əkilməsinə (yerləşdirilməsinə) yönəldilmiş tədbirlərdən ibarətdir.
Yaşıllıqlar bərpa edilərkən və (və ya) genişləndirilərkən yerli, habelə yerli şəraitə yaxşı uyğunlaşan həmişəyaşıl, uzunömürlü və yaşıllaşdırma üçün daha münasib, faydalı bitki cinsləri və növlərindən istifadəyə üstünlük verilir.
Yaşıllıqların salınması yaşayış məntəqələrinin ərazi planlaşdırılması sənədlərinə əsasən hidromeliorativ tədbirlər nəzərə alınmaqla aparılır.
Yaşıllıqların götürülməsi (kəsilməsi) halında yaşıllıqların bərpası yaşıllığı götürən (kəsən) subyektlər tərəfindən və ya onların vəsaiti hesabına istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verdiyi torpaq sahələrinə münasibətdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları tərəfindən aparılır.
Yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın təsviri (yaşı, boyu və gövdəsinin ölçüsü barədə məlumat), bərpa dəyərinin məbləği və ödənilməsi, bərpaolunma müddəti və qaydası yaşıllığın götürülməsi barədə istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaqlarda isə bələdiyyələrin müvafiq qərarlarında əks olunmalıdır.
Yaşıllıqların zədələnməsi, məhv edilməsi və təbii istismar müddətinin bitməsi hallarında yaşıllıqların bərpası üzrə tədbirlər istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlarda isə bələdiyyələr tərəfindən həyata keçirilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı