Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

09.08.2024

  Avqustun 9-da saat  12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində  müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

  Araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

  Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 

  İsrail Rəsulov iş üzrə  şübhəli şəxs qismində tutulub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.