Şriftin ölçüsü :
Saytın rəngi :
Yaşıllıqların bərpası götürülmüş (kəsilmiş), zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin əvəzinə onlara bərabər yeni bitkilərin əkilməsini və (və ya) yaşıllığın salınmasını nəzərdə tutur.
Yaşıllıqların bərpasının əsas məqsədi mövcud yaşıllıqlarda sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğu təmin etmək, bitkilərin cins və növ tərkibini yaxşılaşdırmaq, yaşıllıq ərazilərindən səmərəli istifadə etmək, daimi becərmə və əlavə əkinlər aparmaqla yaşıllıq sahələrinin azalmasına yol verməməkdir.
Yaşıllıq salınması üçün faydalı bitki cinsi və növləri yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir.
Yaşıllıqların (ağaclıqların) bərpası aşağıdakı hallarda aparılır:
1. yaşıllıqlar götürüldükdə (kəsildikdə);
2. yaşıllıqlar zədələndikdə;
3. yaşıllıqlar məhv edildikdə;
4. yaşıllıqların təbii istismar müddəti bitdikdə.
Yaşıllıqların götürülməsi - ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbirdir.
Yaşıllıqların zədələnməsi - bitkilərin boy artımının və inkişafının dayanmasına gətirib çıxarmayan fiziki və digər təsirlər nəticəsində bitkilərin çətirinin, kök sisteminin, gövdəsinin və ya torpaqüstü canlı hissəsinin tamlığının pozulması, həmçinin yaşıllıq ərazisində torpağın, su və hava mühitinin zəhərli maddələrlə çirklənməsidir.
Yaşıllıqların məhv edilməsi - bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət (hərəkətsizlik) hesab olunur.
Yaşıllıqların təbii istismar müddətinin bitməsi yerli iqlim və torpaq şəraitindən asılı olaraq onların yaş dövrünü başa vuraraq, hissə-hissə quruyub kök sisteminin zəifləməsi nəticəsində təbii qocalmasını nəzərdə tutur.
Yaşıllıqların təbii istismar müddəti bitdikdə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaqlarda isə bələdiyyələrin qərarı ilə yaşıllıqlar əsaslı rekonstruksiya olunur.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı