Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqibilikləriniartır - “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Qanunda dəyişikliklər edilib

06.08.2024

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Dəyişikliyə əsasən, qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən komissiyalar tərəfindən “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhv edilməsi Qaydası”na və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

  Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” 5 avqust 2024-cü il tarixli  Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsini həyata keçirən komissiyaların tərkibinə nümayəndələri daxil edilmiş Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən orqanların (qurumların) siyahısı verilmişdir.

https://president.az/az/articles/view/66618

https://president.az/az/articles/view/66619

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.