Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - 23 iyul 2024-cü il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsində dəyişiklik edilib

23.07.2024

  Dəyişikliyə əsasən Cinayət Məcəlləsinin 176-1-ci maddəsi (nikaha və ya erkən evliliyə məcbur etmə) yeni redaksiyada verilib:

  Belə ki, 176-1.1-ci maddəyə əsasən nikaha daxil olmağa məcbur etmə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  176-1.2-ci maddəyə əsasən nikah yaşına çatmayan şəxsi  erkən evliliyə daxil olmağa məcbur etmə - üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  Qeyd: Bu Məcəllənin 176-1 və 176-2-ci maddələrində “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.”;

  Nəzərə almaq lazımdır ki, nikah yaşına çatmayan şəxs dedikdə, 18 yaşı tamam olmamış şəxs nəzərdə tutulur.

  Bundan başqa digər dəyişikliyə əsasən Cinayət Məcəlləsinə yeni - 176-2-ci (on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) maddə əlavə edilib.

  Belə ki, 16 altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi 2 (iki) min manatdan 3 (üç) min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  Maddənin qeyd hissəsinə əsasən bu cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi 5 (beş) ildən çox olduqda yaranır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.