Şriftin ölçüsü :

Saytın rəngi :

Xarici ölkələrdən 24 nəfər ekstradisiya edilib

22.07.2024

  “Çağrı Mərkəzi”nə  14562 müraciət daxil olub 

  Bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən Geniş Kollegiya İclasında bildirib. 
   Qeyd edilib ki, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2024-cü ilin birinci yarımili ərzində müxtəlif cinayətlərə görə barələrində beynəlxalq axtarış elan edilmiş 24 nəfər təqsirləndirilən şəxsin xarici ölkələrdə tutularaq ölkəmizə ekstradisiya edilməsi təmin edilmişdir.
  Bundan başqa, iclas zamanı qeyd olunub ki, 2024-cü ilin I yarımilində “Çağrı Mərkəzi”nə  daxil olmuş 14562 müraciət üzrə vətəndaşlara müvafiq hüquqi izahlar verilmiş, 2213 məlumat isə cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyəti struktur qurumlara tapşırılmış və qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.