Şriftin ölçüsü :

Saytın rəngi :

İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb

22.07.2024

  Baş Prokurorluqda hazırda keçirilən Geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev bildirib ki, 2024-cü ilin birinci yarımili ərzində intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.

  Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir. 

  Belə ki, 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 1,9 %, intihara cəhd hadisələrin sayı isə 8,9 % azalmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.