Şriftin ölçüsü :

Saytın rəngi :

Tacikistan prokurorluğunun nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb

19.07.2024

Xəbər verildiyi kimi Tacikistan prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdə olub. 

Heyət üzvləri Heydər Əliyev Mərkəzini ziyarət edərək görkəmli dövlət xadiminin həyat və fəaliyyəti ilə tanış olub, orada yerləşən muzey və eksponatlar barədə ziyarətçilərə ətraflı məlumat verilib. 

Səfər çərçivəsində qonaqlar, o cümlədən "İçərişəhər" Muzey Mərkəzinin tərkibində fəaliyyət göstərən orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi və qeyri-adi memarlıq özəllikləri ilə seçilən Qız Qalası, həmçinin UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş digər tarixi-memarlıq abidələri ilə tanış olublar. Paytaxtımız tarixi abidələri qonaqlarda zəngin təəssürat yaradıb.

Nümayəndə heyəti, həmçinin Şamaxı şəhərinə səfər edərək rayon prokurorluğunun fəaliyyəti və Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı bərpa edilən və yenidən qurulan tarixi Cümə məscidi, eləcə də zəngin tarixə malik şəhərin digər abidələri ilə tanış olub.

Nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.