Şriftin ölçüsü :
Saytın rəngi :
Cinayət törətməkdə təqsirləndirilən və ya məhkum edilmiş şəxsin (barəsində sorğu edilən şəxsin) verilməsindən aşağıdakı hallarda imtina edilir:
1. barəsində sorğu edilən şəxs onun verilməsi haqqında məsələ həll etdiyi zaman Azərbaycan Respublikasının vətəndaşı olduqda;
2. verilməsi haqqında sorğu edilən şəxsə Azərbaycan Respublikası ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada siyasi sığınacaq verildikdə;
3. verilməsi haqqında sorğu edilən şəxsin törətdiyi və verilməyə əsas olan əməl Azərbaycan Respublikası tərəfindən siyasi xarakterli cinayət sayıldıqda;
4. verilməyə əsas olan cinayət Azərbaycan Respublikası ərazisində törədildikdə;
5. şəxsin verilməsinə əsas olan cinayətə görə Azərbaycan Respublikasının ərazisində qanuni qüvvəyə minmiş hökm və ya cinayət təqibinə xitam verilməsi haqqında qərar olduqda;
6. Azərbaycan Respublikasının və ya sorğu edən xarici dövlətin cinayət qanunvericiliyinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə, yaxud ittiham hökmünün icrası müddətləri keçdikdə;
7. Şəxsin verilməsinə əsas olan cinayət sorğu edən xarici dövlətin qanunvericiliyində hərbi xidmət əleyhinə cinayət kimi nəzərdə tutulduqda və hərbi xidmətlə bağlı olmayan başqa cinayətin tərkibini yaratmadıqda;
8. cinayət törətmiş şəxslərin verilməsi ilə bağlı sorğu edən xarici dövlət tərəfindən qarşılıqlı yardım prinsipinə riayət olunmadıqda;
9. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq olaraq cinayət xüsusi ittiham qaydasında (zərər çəkmiş şəxsin şikayəti əsasında) təqib edildiyi halda.
Şəxsin verilməsində aşağıdakı hallarda imtina edilə bilər:
1. şəxsin verilməsinə əsas olan cinayətə görə sorğu edən xarici dövlətin qanunvericiliyi ilə ölüm cəzası nəzərdə tutulduqda;
2. verilməsi nəticəsində sorğu edilən şəxsin sorğu edən dövlətdə işgəncələrə, yaxud qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yaxud cəzaya məruz qalacağını güman etməyə kifayət qədər əsaslar olduqda;
3. verilməsi nəticəsində sorğu edilən şəxsin irqinə, milliyyətinə, dilinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya cinsinə görə təqibə məruz qalmasını və ya ədalətli məhkəməyə olan hüququnun kobud surətdə pozulmasını güman etməyə kifayət qədər əsaslar olduqda;
4. şəxsin verilməsinə əsas olan cinayət sorğu edən xarici dövlətin ərazisindən kənarda törədilmişdirsə və bu cinayətə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət təqibi nəzərdə tutulmamışdırsa;
5. şəxsin verilməsinə əsas olan cinayətlə bağlı həmin şəxs Azərbaycan Respublikası ərazisində cinayət məsuliyyətinə cəlb edildikdə;
6. şəxsin verilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vuracağını güman etməyə kifayət qədər əsaslar olduqda;
7. sorğu edən xarici dövlətin qanunvericiliyinə əsasən şəxsin verilməsinə əsas olan cinayət üzrə dəyişdirilməz ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı