Şriftin ölçüsü :
Saytın rəngi :
Ekstradisiya cinayətkarlığa qarşı mübarizədə dövlətlərin beynəlxalq əməkdaşlıq forması olub cinayət törətməkdə təqsirləndirilən və ya məhkum edilmiş şəxsin ərazisində olduğu dövlətdən ərazisində cinayətin törədildiyi dövlətə yaxud vətəndaşı olduğu dövlətə verilməsidir.
Bəzi hallarda “ekstradisiya” termini “deportasiya”, “transfer” və s. kimi terminlərlə eyniləşdirilir. Qeyd olunan anlayışlar müəyyən əlamətlərinə görə üst-üstə düşsə də, onların hər biri mahiyyət və tətbiq baxımından biri-birindən fərqlənir.
Cinayət törətmiş Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin verilməsi Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə, müqavilə ilə tənzimlənməyən məsələlər üzrə isə həmin müqaviləyə zidd olmayan hissədə qarşılıqlı yardım prinsipinə riayət olunmaqla "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanunun müddəaları tətbiq edilir.
Ekstradisiyanın şərtləri
Xarici dövlət tərəfindən verilməsi sorğu edilən şəxs yalnız onun törətdiyi əməl Azərbaycan Respublikasının və sorğu edən dövlətin qanunvericiliyinə uyğun olaraq cinayət sayıldıqda və həmin əməlin törədilməsinə görə azı 1 (bir) il azadlıqdan məhrumetmə cəzası, yaxud daha ağır cəza növü nəzərdə tutulduqda verilə bilər.
Bundan başqa, törətdiyi cinayətə görə xarici dövlətin məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına, yaxud daha ağır cəza növünə məhkum olunmuş şəxs cəzanın icrası üçün verilə bilər. Bu halda azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş müddəti * 6 (altı) aydan az* ola bilməz.
Nəzərə almaq lazımdır ki, cəzanın növü və həddi ilə bağlı qeyd olunan şərtlər şəxsin bir neçə cinayətə görə verilməsi sorğu edilən hallara da aiddir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı