Şriftin ölçüsü :
Saytın rəngi :
Yanğın təhlükəsizliyinin əsas tələbləri.
Meşədə aşağıdakılar qadağan edilir:
- Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi;
- Sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı, və digər yanar mayelərə bulaşmış əsgi və digər materialların atılması;
- Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması və s;
- Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin müəssələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılması;
- Aparılmış hər hansı tikinti işləri yerində, tikinti materiallarının qalıqlarının atılması və yandırılması;
- Yanacaq və sürtkü yağlarının açıq şəkildə saxlanılması.
Meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə məsuliyyət.
Meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə:
- Odvurma və ya odla ehtiyatsız davranma nəticəsində meşənin məhv edilməsinə və ya qismən yandırılmasına, habelə bu qaydada göstərilmiş yanğın təhlükəsizliyi tələblərinin pozulmasına, bununla da meşə yanğını törədilməsinə, yaxud onun geniş sahəyə yayılmasına görə təşkilati hüquqi və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müvafiq məsuliyyət daşıyırlar;
- Yuxarıda göstərilən yarımbəndi pozan vətəndaşlar və vəzifəli şəxslərin hərəkətlərində cinayət tərkibi olarsa, onlar qüvvədə olan qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi qaydalarını pozan təşkilat, idarə, vətəndaş və vəzifəli şəxslərin cərimə verməsi onları dəyən ziyanın bərpa edilməsindən azad etmir.
Bu Qaydaların tələblərinin pozulması qanunvericiliklə nəzərdə tutulan məsuliyyətə səbəb olur.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı