Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda sursat partlayışı hadisəsi baş verib

21.06.2024

  Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində iyunun 21-də sursat partlayışı hadisəsi baş verib.

  Aşkar edilən partlayıcı sursatların zərərsizləşdirilməsi prosesi zamanı baş verən partlayış nəticəsində ANAMA-nın əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar xəstəxanaya təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

  Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.