Şriftin ölçüsü :
Saytın rəngi :
Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yetkinlik yaşına çatmayanlar barəsində fərdi profilaktik işin aparılması üçün əsaslar aşağıdakılardır:
1. yetkinlik yaşına çatmayanın və ya onun valideynlərinin, yaxud digər qanuni nümayəndələrinin müraciəti;
2. məhkəmənin qərarı;
3. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın qərarı;
Fərdi profilaktik işin aparılması müddətləri
Yetkinlik yaşına çatmayanlar barəsində fərdi profilaktik iş onlar 18 yaşına çatanadək aparılır. Yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində fərdi profilaktik iş aşağıdakı müddətlərdə aparılır:
1. sosial və ya digər yardım göstərmək üçün tələb olunan müddətlərdə;
2. yetkinlik yaşına çatmayanların baxımsızlığına, kimsəsizliyinə, hüquq pozuntularının törədilməsinə imkan yaradan səbəb və hallar aradan qaldırılanadək;

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı