Şriftin ölçüsü :

Saytın rəngi :

Ordubadda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

14.06.2024

  İyunun 13-də bir nəfər Ordubad rayonun Unus kənd sakininin bıçaq zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 
  Araşdırmalarla 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlunun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədulla oğluna bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
  Rəsulov Bəxtiyar Sərdar oğlu şübhəli şəxs qismində tutulub.
  Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.