Şriftin ölçüsü :

Saytın rəngi :

#insanhüquqları #uşaqhüquqları #cinayətprosessualhüquq - Uşaqların hüquqlarının müdafiəsi üçün tədbirlər (2)

10.06.2024

  Cinayət təqibinin gedişində uşaqlardan, yəni 18 yaşına çatmayan şəxslərin ifadəsi alınarkən bu hallara diqqət yetirilməlidir:

- cinayət haqqında cinayət təqibi orqanlarına məlumat daxil olduqdan sonra uşağın mənafeyi tələb etdiyi hallar istisna olmaqla, hər hansı gecikdirməyə yol verilmədən uşaqdan ifadə alınır;

-  uşaqdan ifadənin alınması bu məqsədlə ayrılmış yerlərdə və ya yaradılmış xüsusi şəraitdə həyata keçirilir;

- uşaqdan ifadənin alınması cinayət prosesini həyata keçirən orqanın bu məqsədlə xüsusi hazırlıq keçmiş əməkdaşları tərəfindən həyata keçirilir;

- mümkün olduğu hallarda uşaqdan təkrar ifadənin alınması eyni şəxs tərəfindən həyata keçirilir;
 
- uşaqdan ifadələr iş üçün əhəmiyyətli hallarda və mümkün qədər az sayda alınmalıdır;

- mümkün olduğu hallarda uşaqdan bütün ifadələr videoçəkiliş aparılmaqla alınır.

   Uşaq müvafiq istəyini bildirdikdə və ya onun mənafeyi nəzərə alınmaqla, uşağın məhkəmə zalında iştirak etmədən informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə ifadə verməsi təmin olunur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.