Şriftin ölçüsü :

Saytın rəngi :

#insanhüquqları – Uşaq hüquqlarına dair “Pekin Qaydaları”nın ümumi prinsipləri

06.06.2024

  Azərbaycan Respublikası BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydalarına” 28 iyul 1993-cü il tarixdə qoşulub.

  Qaydalara əsasən, ümumi prinsiplər aşağıdakılardan ibarətdir:

1. İştirakçı dövlətlər ümumi mənafelərinə müvafiq olaraq yetkinlik yaşına çatmayanın və onun ailəsinin əmin-amanlığına yardım göstərməlidirlər.

2. İştirakçı - dövlətlər yeniyetmənin o, yalnış davranışa daha çox meyl göstərdiyi dövrdə cəmiyyətdə mənalı ömür sürməsinin təmin olunmasına imkan verəcək, şəxsiyyətinin inkişaf prosesinə, cinayətlərin və qanun pozuculuğunun mümkünlüyünü maksimum dərəcədə istisna edən təhsil almasına kömək edəcək şərait yaradılmasına səy göstərməlidirlər.

3. Yetkinlik yaşına çatmayanların əmin amanlığına yardım göstərmək məqsədilə qanunun müdaxiləsi zərurətini azaltmaq və qanunla münaqişədə olan yeniyetmə ilə səmərəli, ədalətli və humanist davranış üçün könüllülər və cinayətin digər qrupları, həmçinin məktəb və digər təsisatlar daxil olmaqla, bütün mümkün ehtiyatların tam səfərbər edilməsini nəzərdə tutan pozitiv tədbirlərin həyata keçirilməsinə kifayət qədər diqqət yetirilməlidir.

4. Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsi hər bir ölkənin bütün yetkinlik yaşına çatmayanlar üçün sosial ədalətin hərtərəfli təmin edilməsi çərçivəsində milli inkişaf prosesinin tərkib hissəsi olmalı, eyni zamanda gənclərin müdafiəsinə və cəmiyyətdə dincliyin qorunmasına yardım etməlidir.

5. Bu Qaydalar hər bir iştirakçı dövlətdə mövcud olan iqtisadi, sosial və mədəni şərait kontekstində
həyata keçiriləcəkdir.

6. Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsi xidmətləri personalının ixtisasını artırmaq, lazımi səviyyədə saxlamaq, onların iş üsulları, yanaşma və münasibəti daxil olmaqla, həmin xidmətlər müntəzəm surətdə inkişaf etdirilməli və əlaqələndirilməlidir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.